Yuxarı

Türkiyədə mühüm yarış: millimiz birinci oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə mühüm yarış: millimiz birinci oldu

İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə yekun vurulub.

Axar.az xəbər verir ki, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən kişilərdən ibarət millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub.

Sərbəst güləşçilərimizdən Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub.

Yarışlarda Türkiyə komandası 2-ci, Gürcüstan yığması isə 3-cü olub.

Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan qadınlardan ibarət yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

Tarix
2020.01.12 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla