Yuxarı

Avropanın məhşər gecəsi: ruslar, türklər, ukraynalılar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start veriləcək.

Axar.az-ın məlumatına görə, 1/16 finalın ilk iki oyunu Rusiyada baş tutacaq. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkəcək. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Trabzonspor" klubu isə İtaliyaya səfər edəcək. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyır.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.

"Dinamo Kiyev" isə Fransada 1:2 məğlub olduğu "Genqam" üzərində mütləq qələbə qazanmalıdır. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasında Şotlandiyada baş tutmuş oyunda 3:3 hesablı bərabərlik qeydə alınıb.

"Dinamo" (Moskva, Rusiya) - "Anderlext" (Belçika)

(İlk oyun - 0:0)

"Zenit" (Rusiya) - PSV (Hollandiya)

(İlk oyun - 1:0)

"Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya)

(İlk oyun – 0:1)

"Beşiktaş" (Türkiyə) - "Liverpul" (İngiltərə)

(İlk oyun - 0:1)

"Dinamo" (Kiyev, Ukrayna) - "Genqam" (Fransa)

(İlk oyun – 1:2)

"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

(İlk oyun - 1:1)

"İnter" (İtaliya) - "Seltik" (Şotlandiya)

(İlk oyun - 3:3)

"Legiya" (Polşa) - "Ayaks" (Hollandiya)

(İlk oyun – 0:1)

"Zalsburq" (Avstriya) - "Vilyareal" (İspaniya)

(İlk oyun – 1:2)

"Atletik" (Bilbao, İspaniya) - "Torino" (İtaliya)

(İlk oyun – 2:2)

"Brügge" (Belçika) - "Olborq" (Danimarka)

(İlk oyun – 3:1)

"Everton" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)

(İlk oyun – 4:1)

"Feyenoord" (Hollandiya) - "Roma" (İtaliya)

(İlk oyun – 1:1)

"Napoli" (İtaliya) - "Trabzonspor" (Türkiyə)

(İlk oyun – 4:0)

"Olimpiakos" (Yunanıstan) - "Dnepr" (Ukrayna)

(İlk oyun – 0:2)

"Sportinq" (Portuqaliya) - "Volfsburq" (Almaniya)

(İlk oyun – 0:2)

Tarix
2015.02.26 / 15:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla