Yuxarı

Rusiyaya yardım üçün 50 minlik ordu göndərirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya yardım üçün 50 minlik ordu göndərirlər

Şimali Koreya yenidən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə cəlb oluna bilər. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Moskva 50 000-ə qədər Şimali Koreya əsgərini qəbul etməyə hazırlaşır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Telekanalın mənbələrinə görə, əvvəlki təxminlər daha aşağı olub - təxminən 30 000.

Şimali Koreyanın ilk bölmələri Rusiyaya 2024-cü ilin sonlarında gəlib, Kursk vilayətindəki döyüşlərdə iştirak ediblər.

Müxtəlif hesablamalara görə, Kursk əməliyyatında 11-14 minə qədər Şimali Koreya əsgəri iştirak edib. Ciddi itkilər veriblər. Ukrayna kəşfiyyatı ölənlərin sayının 3 000, yaralananların isə 1500 olduğunu təxmin edir.

BBC-nin araşdırmasına əsasən, Pxenyandakı xatirə kompleksi 2300 nəfərin öldüyünü göstərir.

Ciddi itkilərə baxmayaraq, Pxenyan Moskva ilə hərbi əməkdaşlıqdan imtina etməyib. Şimali Koreya üçün Rusiya ilə əməkdaşlıq təkcə hərbi deyil, həm də iqtisadi əhəmiyyət kəsb edir. Pxenyan hərbi yardım müqabilində Moskvadan ərzaq, neft və pul alır.

Cənubi koreyalı tədqiqatçı Lim Su-honun fikrincə, Rusiyaya hərbi dəstək Şimali Koreyaya təxminən 10 milyard dollar qazandıra bilər: “İllik ÜDM-i təxminən 30 milyard dollar olan ölkə üçün bu, çox böyük məbləğdir”.

Həmçinin Şimali Koreya ordusu bu yolla real döyüş təcrübəsi qazanır. Xüsusən də müasir müharibənin necə aparılması, dronlar, kəşfiyyat və dəqiq silahların geniş istifadəsi baxımından.

Moskva ilə yaxınlaşma Pxenyana Çindən ənənəvi asılılığını azaltmağa da imkan verir.

“Bu, böyük geosiyasi dəyişiklikdir”, - Su-hon əlavə edib.

Tarix
2026.09.14 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla