Yuxarı

Millimizin 2 üzvü karantinə alındı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin 2 üzvü karantinə alındı

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb.

Axar.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar.

Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət millinin ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Onların vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.

Tarix
2020.03.28 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla