Yuxarı

"Qarabağ" Rəhmanoviçi transfer edir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" Rəhmanoviçi transfer edir?

Bosniya və Herseqovina millisinin üzvü Amar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, hazırda ölkəsinin “Sarayevo” klubunda çıxış edən bosniyalı yarımmüdafiəçinin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığı bildirilir.

Bir neçə ildir komandasının aparıcı oyunçularından olan Rəhmanoviçin Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün paytaxt klubundan ayrılmaq fikrində olduğu qeyd olunub.

26 yaşlı futbolçu bu mövsüm 12 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan futbolçu daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında da çıxış edib.

Tarix
2020.05.28 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla