Yuxarı

Onlardan müsahibə almaq mümkün olmayacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlardan müsahibə almaq mümkün olmayacaq

Azərbaycan Premyer Liqasını işıqlandıracaq media nümayəndələri üçün yeni təlimatlar qüvvəyə minib.

Axar.az PFL-yə istinadən həmin təlimatları təqdim edir:

1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.

2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır. Vəsiqənin etibarlılıq müddəti mövsümün son oyununa qədər uzadılır.

3. Qeydiyyatdan keçən hər mətbu orqandan maksimum iki nəfər stadiona gələ bilər və bu, sırf oyunun işıqlandırılması ilə bağlı olmalıdır.

4. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya "Facebook” səhifəsindən əldə edə bilərlər.

5. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna "sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.

6. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.

7. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.

8. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik "CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə, oyunun yayımına cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.

9. Oyundan sonra təmasları azaltmaq məqsədi ilə "flash-müsahibə”lər, "mix-zona”lar ləğv olunur.

10. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır.

Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.

Tarix
2020.06.05 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla