Yuxarı

Qurbanovdan püşk açıqlaması Güclü kollektiv...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanovdan püşk açıqlaması Güclü kollektiv...

Püşkü səbirsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi.

Axar.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Sileks" komandası ilə görüş barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, belə turnirdə bir oyunluq mərhələ ilə bağlı hansısa fikir bildirmək çətindir. Təcrübəli baş məşqçi rəqib haqqında ən qısa zamanda məlumat toplayacaqlarını diqqətə çatdırıb: "Hər ikimizdə durum eynidir, onlar da martda çempionatlarını tamamlayıblar. Sadəcə, "Sileks" bu gün öz çempionatlarında ilk oyununa çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyununu martda keçirib. Komanda və oyunçuları barədə istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq".

Qurbanov bu oyuna çox düzgün hazırlaşmalı olduqlarını söyləyib:

"Oyunumuz evdədir. İlk olaraq, öz komandamızı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda hədindən artıq diqqətli olmalıyıq. Güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyundan ibarət olması heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".

Qeyd edək ki, "Qarabağ" "Sileks"lə oyununu öz meydanında keçirəcək. Görüş avqustun 18-də və ya 19-da olacaq.

Tarix
2020.08.09 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla