Yuxarı

Millimiz Türkiyəyə qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz Türkiyəyə qalib gəldi

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb.

Azərbaycan Şahmat Federasiyasından Axar.az-a verilən məlumata görə, yarışın üçüncü - son günündə daha 2 turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan Azərbaycan şahmatçıları daha iki turu qələbə ilə sona çatdırıb.

V turda Azərbaycan komandası 4.5:1.5 hesablı qələbə qazanıb. Günay Məmmədzadə,Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov,Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda onlar 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova,Vüqar Əsədli, Xanım Balacayeva rəqiblərini məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb.

6 turun yekunu nəticəsində Azərbaycan millisi Türkiyə komandasına 26:10 hesabı ilə qalib gəliblər.

Sonda təşkilatçılar Azərbaycan - Türkiyə milli komandaları arasında dostluq görüşünün iki qardaş ölkənin federasiyalarının əməkdaşlığında yeni inkişaf mərhələsinə səbəb olacağını vurğulayıb. Beynəlxalq Şahmat Federasiyasının keçirdiyi onlayn Şahmat Olimpiadasında hər iki komandaya uğurlar arzulanıb.

Qeyd edək ki, dostluq görüşü bu Olimpiadaya hazırlıq xarakteri daşıyıb.

Tarix
2020.08.11 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla