Yuxarı

"Real" Barselonada qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Real" Barselonada qalib gəldi

Oktyabrın 24-də İspaniya La Liqasının 6-cı turunun mərkəzi qarşılaşması keçirilib.

Axar.az xəbər verir ki, “Nou Kamp” stadionunda oynanılan görüşdə iki əzəli rəqib - “Barselona” və “Real Madrid” klubları qarşılaşıb. Görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 5-ci dəqiqədə “Real Madrid” açıb. Kərim Benzemanın ötürməsindən sonra Fedriko Valverde qapıçı ilə təkbətək çıxaraq fürsəti əldən verməyib. Qoldan üç dəqiqə sonra meydan sahibləri hesaba tarazlıq gətirib. Ansu Fati fərqlənib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

Fasilədən sonra üstünlüyü artıran “Real Madrid” yenidən hesabda önə keçib. Matçın 63-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Serxio Ramos dəqiq yerinə yetirib. Görüşün 90-cı dəqiqəsində Madrid təmsilçisi oyunda son nöqtəni qoyub. Oyuna yenicə daxil olmuş Luka Modriç adını tabloya yazdırıb. Beləliklə, 181-ci “el klassiko”da “Real Madrid” güclü olub.

İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73, “Barselona” isə 72 dəfə qalib olub. Otuz beş oyun heç-heçə başa çatıb.

Tarix
2020.10.24 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla