Yuxarı

Gimnastlarımız Avropa çempionatında 3 medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gimnastlarımız Avropa çempionatında 3 medal qazandı

14:26

Rusiyanın Soçi şəhərində 29 aprel-2 may tarixlərində baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk medalını gənclər arasında yarışan tamblinqçilərimiz qazanıb. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət Azərbaycan komandası fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Növbəti medal son Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar dünya üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahibləniblər.

Qeyd edək ki, bu yarışda 13-17 yaşlılar arasında çıxış etmiş 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yerlərini alıblar.

Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri iri miqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən Mixail, gərgin mübarizə şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.

Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində Selcan 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.

Bu Avropa çempionatı Azərbaycan gimnastikası üçün ilklərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı bürüncü, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir.

Tarix
2021.05.02 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla