Axar.az
Yuxarı

Axar.Az Logo

Ramin Musayev azarkeşlərdən üzr istədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionatla bağlı gərgin nəsə görmürəm. Ancaq Premyer Liqamız maraqlı keçir və şükürlər olsun ki, maraqlı da bitəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O, həm qızıl, həm də bürünc medal üçün mübarizənin hələ də davam etdiyini xatırladıb:

"Bu da çempionatın ədalətli keçməsindən xəbər verir. Güclü tərəf qalıb gəlsin. Vacib olan odur ki, bizi Çempionlar Liqasında və avrokuboklarda təmsil edən komandalar əvvəlki kimi azarkeşləri sevindirsin".

Musayev qarşılaşma haqqında proqnoz vermək istəmədiyini söyləyib: "Bu, futboldur. Stadion düz, top isə yumrudur. Kim güclüdürsə, o da qalib gələcək. Sözsüz ki, maraqlı oyun olacaq. Azarkeşlərdən üzr istəyirəm. Biz onlara tribunadan matçı izləməyə şərait yarada bilmirik. Ancaq televiziya vasitəsi ilə baxacaqlar. Məcburuq, biz bu yola getməliyik. İnsanların vəziyyətini düşünməliyik. Koronavirus bütün dünya üçün bəladır. Hamımız buna qalib gəlmək üçün lazım olan addımları atmalıyıq. Bu səbəbdən, bu mövsüm üzrlü saysınlar. İnanıram ki, növbəti mövsümdə hər şey daha yaxşı olacaq".

PFL rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 1-dək karantini uzatdığını xatırladıb: "Sizlərin vasitəsilə həmin qurumlara minnətdarlığımızı bildiririk ki, ən azından çempionatı keçirməyə imkan verdilər və maraqlı çempionat alınıb".

Musayev "yeni mövsümdən Azərbaycan Premyer Liqasında daha çox komanda iştirak edə bilərmi?" sualına isə belə cavab verib: "Həyatda hər şey ola bilər. Düşünürəm ki, əgər I Divizion təmsilçiləri lisenziya ilə bağlı göstəricilərə əməl etsəydilər, nəsə iş görmək mümkün idi. Bir dəfə mənə sual verdilər ki, Ramin müəllim, "Xəzər Lənkəran" komandası qayıtsa, onlar hansı çempionatdan başlayacaqlar? I Divizionda, ya əsas dəstədə? Mən dedim ki, qanunla I Diviziondan başlamalıdır. Ancaq mən o öhdəliyi öz üzərimə götürürəm, qanun pozuntusuna yol verərəm, ancaq kömək edərəm ki, "Xəzər Lənkəran" mübarizəyə Premyer Liqadan başlasın. Təki klublarımıza normal sponsor tapılsın. Yəqin ki, ondan sonra nəsə əldə etmək olar. "Xəzər Lənkəran" qayıtsa, Premyer Liqada olacaq. Həmişə sözümüz qüvvədədir".

Qeyd edək ki, mayın 19-da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da start götürəcək.

Tarix
2021.05.17 / 20:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Belçika Rusiyanı darmadağın etdi

Türkiyə millisi Bakıda belə qarşılandı - Video

İlham Əliyev və xanımı BOS-da matçı izlədi - Foto

Avro-2020: Danimarka-Finlandiya matçı ilə bağlı qərar

Məmmədyarov növbəti qələbəsini qazandı

Avro-2020: Bakıdakı ilk görüş sülhlə yekunlaşdı

Daha bir idmançımız Tokioya lisenziya qazandı

AÇ: Türkiyə millisi İtaliyaya məğlub oldu

Avropa çempionatı: İki gimnastımız finalda...

Şəhriyar erməniyə qalib gəldi, liderliyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla