Yuxarı

Vaqif Cavadov Lənkərana niyə keçdi? – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif Cavadov Lənkərana niyə keçdi? – Açıqlama

"Xəzər Lənkəran" klubunun yeni transferi Vaqif Cavadov qol.az-a geniş müsahibə verib.

Axar.az-ın məlumatına görə, futbolçu keçidinin qəfil olduğunu deyib:

"Hər şey birdən-birə oldu. "Xəzər Lənkəran"a keçidim haqda söz-söhbətlər gəzirdi, ancaq mənim xəbərim yox idi. Sonradan məni bura dəvət etdilər. Klubdan bir az vaxt istədim.

Türkiyədən ayrılmağım barədə bir qədər fikirləşdim. Sonda "Xəzər Lənkəran"la razılığa gəldim. Açığı maraqlananlar olsa da, real təklif olmamışdı. "Xəzər Lənkəran" isə məni komandada görmək istədi. Rəhbərlik qərarında israrlı idi. Ona görə də Türkiyədən gəldim və bir illik müqavilə imzaladım".

V.Cavadov deyib ki, "Boluspor"la bir illik müqaviləsi vardı: "Klubdan qalmağımı istəyirdilər. Ancaq maliyyə cəhətdən bir qədər çətinliklər oldu. Əgər öz vətənində bir neçə ay maaş almasan, birtəhər dolanmaq olar.

Çünki burda yaxınlar, dostlar var. Ancaq başqa ölkədə maaş almadan yaşamaq çətindir. Ayrılmağımın səbəbi təkcə maliyyə ilə bağlı deyildi. Vətənə dönməyimin əsas səbəbi ailə məsələsi ilə bağlıdır".

Tarix
2015.06.25 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla