Yuxarı

Mədət Quliyev bu idmançılara 5 otaqlı mənzil verəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədət Quliyev bu idmançılara 5 otaqlı mənzil verəcək

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) yeni prezidenti Mədət Quliyevin idmançılar üçün təzə mükafatlar müəyyənləşdirməsi barədə məlumat yayılıb. Məlumata görə, velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.

Axar.az xəbər verir ki, lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mersedes-Benz S-Klass” və ya BMV 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.

Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Klass” və ya BMV 5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.

3-cü yerin sahibi isə “Mersedes S-Klass” və ya BMV 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.

Bu barədə saytımıza açıqlama verən AzVİF-in mətbuat katibi Pərviz Musayev yayılan məlumatları təsdiqləyib:

“Federasiya prezidenti Mədət Quliyevin tapşırığı ilə məşq zallarının qarşısında belə bir lövhə quraşdırılıb. Federasiya prezidenti bildirib ki, nəticə qazanan idmançılar mükafatlandırılacaq”.

Tarix
2021.12.08 / 13:11
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla