Yuxarı

“Fənərbaxça”da hücumçuların savaşı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fənərbaxça”da hücumçuların savaşı

"Fənərbaxça"nın "Şaxtyor Donetsk"dən aldığı məğlubiyyətin üzüntüsü qısa çəkib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, hücumçular Sou, Van Persi və Fernandaonun arasında olan məzəli dialoq klub üzvlərini sevindirib.

Məşqdən sonra Sou ilə Fernandao kimin daha çox qol vuracağı ilə bağlı mübahisə edib. Sou "Bu il özümü yaxşı hiss edirəm. Çoxlu sayda qol vuracam", – deyib.

Fernandao isə "Mən 24 qol vurmağa söz vermişəm. Deməli, sən ən azı 25 qol vurmalısan", – deyə əlavə edib.

Söhbətə qoşulan Van Persi tərəfləri arxada qoyub:

"İkiniz də nə qədər istəyirsiniz, o qədər qol vurun. Amma bu komandanın ən çox qol atan oyunçusu mən olacam. Siz mənim qollarımın sayını keçə bilməyəcəksiniz".

Dialoq sonunda legionerlər gülüşərək bir-birilərinə uğur arzulayıblar.

Tarix
2015.08.10 / 13:03
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla