Yuxarı

Musayev Rusiya ilə Azərbaycan liqasını müqayisə etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev Match TV-yə geniş müsahibəsində deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bilirlər:

"Azərbaycanda sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 2000-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir".

Rusiyalı baş məşqçi Azərbaycan klubları arasında "Qarabağ"ı xüsusi fərqləndirib: "Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula "Arsenal"ını üstələmiş hazırkı ölkə çempionu "Neftçi"ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır".

Musayevin sözlərinə görə, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komanda qazanır: "Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. "Qarabağ"dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə “Sabah”dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. Ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır".

Tarix
2022.01.26 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla