Yuxarı

"Qarabağ" işimizi çətinləşdirəcək - Sampaoli

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" işimizi çətinləşdirəcək - Sampaoli

Cavab oyununa necə hazırlaşacağımızı həqiqətən bilmirəm. Fərqli təcrübə olacaq. Ən böyük çətinlik iki matç arasındakı qısa hazırlıq müddətidir. Hər bir detal nəzərə alınacaq.

Axar.az xəbər verir ki, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

“Məqsəd bu yeni turnirlə tanış olmaqdır. Rəqibimiz turnirin qrup mərhələsində topa ən çox sahib olan komandadır. Məqsədimiz sabah qələbə qazanmaqdır. Ən yaxşı futbolçularımız sabah oynayacaq. Motivasiyamız eyni olaraq qalır.

“Qarabağ” zəngin beynəlxalq təcrübəyə malik oyunçulara sahibdir. Bu mənada həm “Velodrom”da, həm də evlərində belə matçlara öyrəşmiş komandaya qarşı oynamaq işimizi çətinləşdirəcək. Çətinlik həm də hazırlığın qısa müddətdə olmasından qaynaqlanır. “Qarabağ”la iki görüş arasında çempionat oyunumuz da olacaq. Klubun məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Hər səhv bizə böyük zərər vura bilər”, - Sampaoli qeyd edib.

Tarix
2022.02.16 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla