Yuxarı

Məmmədyarov: “Sibir”i saxlaya bilmədiksə…”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov: “Sibir”i saxlaya bilmədiksə…”

Şahmat üzrə Avropa Kubokunda gümüş medal qazanan "SOCAR-Azərbaycan" klubunun üzvü Şəhriyar Məmmədyarov yarışla bağlı fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Məmmədyarov turnirdə göstərilən ümumi nəticədən razı qalıb:

"Fikrimcə, Azərbaycan klubu normal çıxış etdi. Bu il Avropa Kubokunda rəqabət daha yüksək idi. Yeni komandalar mübarizə aparırdı. İkinci yeri tutmaq pis nəticə deyil. 50 klub arasında gümüş medal qazanmaq asan deyil. Medal əldə etmək hər zaman sevindiricidir. Bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Əlbəttə, daha yaxşı nəticəyə inanırdıq. Turnirdən əvvəl məqsəd yalnız çempionluq idi. Gümüş medalı normal nəticə kimi dəyərləndirirəm. Medallar uğrunda 10-a yaxın komanda mübarizə aparırdı. Belə gərgin mübarizənin sonunda gümüş medal qazanmaq yaxşı nəticədir. Çempion olmamaq faciə deyil. Avropa Kubokunun qalibinin heyətində güclü şahmatçılar çıxış edib. Onlar bizdən geri qalmırdılar. Demək olar ki, bərabər komandalarıq".

Həmyerlimiz Trend agentliyinə verdiyi açıqlamasında 5-ci turda Rusiyanın "Sibir" klubuna məğlubiyyəti çempionluq yolunda ən böyük zərbə adlandırıb:

"Məğlubiyyətdən sonra ümid qalırdı. Amma başa düşürdük ki, artıq onlar liderdi. Çempionluq bizdən bir qədər uzaqlaşdı. Güclü heyətə malik komandadır. Avropa Kubokunda istənilən rəqibə qalib gələ bilərdilər. Əgər biz "Sibir"i saxlaya bilmədiksə, o biri komandaların bunu edəcəyinə inam az idi. Məğlubiyyətdən sonra liderliyə qayıdacağımıza inam azaldı".

Gələn ay İslandiyada baş tutacaq yarışa ciddi hazırlaşdıqlarını deyən Şəhriyar Məmədyarov daha yaxşı nəticə qazanacaqlarına ümid etdiyini vurğulayıb:

"Komandalar arasında Avropa çempionatı şahmatçılar üçün ilin əsas yarışlarından biridir. İndi desəm ki, yorğunam, düzgün çıxmaz. Komanda yarışından daha yaxşı nəticə qazanmağa çalışacayıq. Makedoniyadakı nəticədən, oyun keyfiyyətindən narazı deyiləm. Sadəcə olaraq daha yaxşı çıxış etmək olardı. Qitə birinciliyinə çempion kimi yollanacayıq. Son qalib kimi titulumuzu qorumaq üçün mübarizə aparacayıq".

Tarix
2015.10.25 / 12:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla