Yuxarı

İlham Rəhimov bu kluba sponsorluq edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir sahibsiz qalan "Turan Tovuz" tezliklə yeni sponsoruna qovuşacaq.

Axar.az xəbər verir ki, uzun illər AFFA-nın, bu mövsüm isə dövlətin klublara ayırdığı büdcə hesabına maliyyələşən qərb təmsilçisi yeni dəstəkçi tapıb. Söhbət tovuzlu iş adamı İlham Rəhimovdan gedir.

Məlumata görə, əsasən Rusiyadakı biznesi ilə tanınan Rəhimov, nəhayət doğma rayonunun komandasına maliyyə ayırmağa razılıq verib. Onun Azərbaycanda fəaliyyət göstərən şirkətlərindən biri klubun əsas sponsoru olacaq. Rəhimovun kluba 1 milyon manat ayıracağı gözlənilir ki, bu, Tovuz təmsilçisi üçün indiki məqamda böyük rəqəmdir.

"Turan" ötən gün sosial şəbəkə hesablarında bu mövzuda video yayımlayıb. Paylaşımdan aydın görünür ki, klub yeni sponsorunu təqdim etməyə hazırlaşır.

Məsələ budur ki, İlham Rəhimovun adı əvvəllər də "Turan"la yanaşı hallanıb. 2015 və 2017-ci illərdə onun Tovuz təmsilçisinə maliyyə ayıracağı ilə bağlı xəbərlər yayılsa da, bunlar reallaşmayıb.

Tarix
2023.02.04 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla