Yuxarı

Azərbaycan Avropa çempionatının qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan güləşi 2023-cü ilə inamla start verib. Ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı idmançılarımız üçün uğurlu alınıb.

Axar.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası olub.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.

Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar. Toplamda 140 toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında birinci yeri tutub. Beləliklə, bu millimiz ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Nəhayət ümumi sıralamaya nəzər salaq. Azərbaycan 6 qızıl, 3 gümüş və 3 bürünc medalla Avropada birinci yeri tutub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb. Xatırladaq ki, ötən il də Azərbaycan ümumi sıralamda U-23 Avropa çempionatının qalibi olmuşdu.

Tarix
2023.03.21 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla