Yuxarı

Cəfərov və Qənizadə Avropa çempionu oldular

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəfərov və Qənizadə Avropa çempionu oldular

19:33

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Axar.az xəbər verir ki, Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. N.Məmmədli üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbə ilə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə “tuş”la qalib gəlib. H.Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. H.Cəfərov həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabı ilə geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, H.Cəfərov karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Ülvi Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabı ilə qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. O, finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Ü.Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük idmançımıza karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans verməyib - 8:0. Üçqat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. R.Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka “tuş”la uduzub. İdmançımız bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Tarix
2023.04.23 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla