Yuxarı

Dünyanın ən bahalı futbol brendi məlum oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən bahalı futbol brendi məlum oldu

“Mançester Siti” dünyanın ən bahalı futbol brendi olub.

Axar.az xəbər verir ki, bu barədə İngiltərə “Brand Finance”in konsaltinq şirkətinin rəsmi saytında dərc olunmuş dünya futbol brendlərinin reytinqinin siyahısında qeyd edilib.

“Mançester Siti”nin ümumi dəyəri keçən illə müqayisədə 23 milyon dollar artaraq 1,562 milyard dollardır. İngiltərə klubu son 4 ilin ən bahalı futbol brendi olan İspaniya "Real"ını reytinqdə birinci pillədən sıxışdırıb. Madrid klubu indi 255 milyon dollar dəyər itirərək 1,513 milyard dollar dəyərindədir. Ən bahalı brendlər üçlüyünü İspaniyanın "Barselona"sı qapayır - 1,425 milyard dollar.

Dördüncü yerdə İngiltərənin "Mançester Yunayted"i (1,412 milyard dollar), beşinci "Liverpul" (İngiltərə, 1,411 milyard dollar), altıncı “Paris Saint-Germain” (Fransa, 1,174 milyard dollar), yeddinci "Bavariya" (Almaniya, 1,140 milyard dollar), səkkizinci “Arsenal” (İngiltərə, 940 milyon dollar), doqquzuncu “Tottenhem” (İngiltərə, 931 milyon dollar), onuncu “Çelsi” (İngiltərə, 893 milyon dollar) qərarlaşıb.

“Mançester Siti” bu mövsüm İngiltərə Kubokunu və Premyer Liqanın qalibi olub və iyunun 10-da Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq.

Tarix
2023.06.06 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla