Yuxarı

“Topaz"ın müdhiş fırıldağı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda futbol qumarı "Topaz"ın himayəsinə keçəndən bəri bu şirkətlə bağlı söz-söhbət səngimək bilmir.

"Topaz"ın qumar bazarını monopoliyaya aldıqdan sonra bukmeker həvəskarlarına seçim imkanı verməməsi mətbuatda dəfələrlə qabardılıb. Ancaq "Topaz" monopolist düşüncə tərzini aradan qaldırmaq əvəzinə, proqnozsevərlərin hüquqlarını daha çox pozmağa meyl edir.

Artıq Azərbaycanda futbol qumarı eyforiyası yavaş-yavaş səngiyir. Proqnozsevərlər "Topaz"ın onları soyub-taladığını anladıqca, şirkətin məntəqələrinin qapılarını açmırlar. İndi insanlar ya "qara bazar"a üz tuturlar, ya da internet vasitəsiylə xarici bukmeker kontorları ilə əməkdaşlıq edirlər. Publika.az xəbər veriri ki, "Topaz"ın daha bir fırıldağı ilə bağlı mətbuatda məlumat yayılıb.

"Komanda" qəzetində "Topaz"ın müdhiş fırıldağı ilə bağlı dərc olunmuş yazını olduğu kimi təqdim edirik:

"Bu yaxınlarda Sumqayıt şəhərində proqnozsevər kiçik məbləğlə "Topaz"da 157 min manat uduş qazanıb. Ancaq həmin şəxs pul udmağın sevincini çox yaşaya bilməyib. Məlumatda bildirilir ki, vətəndaşı polis əməkdaşları sorğu-suala tutublar. Ondan tələb ediblər ki, proqnoz verdiyi oyunların nəticələrini hardan bildiyini açıqlasın. Polis əməkdaşları pul udan vətəndaşı oyun alqı-satqısında ittiham ediblər. Psixoloji təzyiqlərə məruz qalan vətəndaş sonda uduşdan imtina etdiyini bildirib.

Məlumat verən mənbə bildirir ki, əslində, həmin polis əməkdaşları bu qanunsuzluğu "Topaz" məntəqələriylə birgə həyata keçirirlər.

"Topaz"ın məntəqə sahibləri böyük məbləğdə uduş əldə edən şəxsin kimliyini və ünvanını onlara "işləyən" polis əməkdaşlarına ötürürlər. Qanunsuz əməllə məşğul olan polis əməkdaşları da həmin şəxsi söhbətə çağırırlar. Beləcə, ona psixoloji təzyiqlər edilir. Nəticədə vətəndaş uduşdan imtina edir. Təbii ki, "Topaz" belə əməliyyatlardan sonra polislərə də görüm-baxım edir.

Sumqayıtda baş vermiş bu olayla bağlı artıq bütün şəhərdə məlumatlıdılar. "Komanda" qəzeti həmin şəxsin aşkarlanması üçün müəyyən cəhdlər etdi. Ancaq pulu əlindən alınan həmin adam danışmaq istəmədi. Görünür, həmin şəxs hələ də psixoloji basqının təsiri altındadı. Bütün hallarda, məsələni gündəmdə saxlayacağıq".

Tarix
2014.02.04 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla