Yuxarı

“Bir qız bunu mənə təklif edərsə...” - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir qız bunu mənə təklif edərsə...” - Video

Rəfael Ağayev - Azərbaycan karateçisi, dördqat dünya, on ikiqat Avropa çempionu. 1985-ci il, martın 4-də Sumqayıtda anadan olub.

Atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb.

Karateçimizin Axar.az-a müsahibəsini təqdim edirik:

- Avropa Oyunlarından sonra həyatınızda nələr dəyişdi?

- Necə varsa, elə də yaşamağa davam edirəm. Hər zaman qələbə qazanıb, bayrağımızı qaldırdığım kimi, bundan sonra da yüksəklərə qaldırmaqda davam edəcəyəm. Hazırda öz səhvlərimin üstündə işləyirəm. Çalışıram ki, yenidən dünya rekordu qırım. Öz rekordumu təzələmək istəyirəm.

- Karyeranıza 24 il sərf etmisiniz. Qazandıqlarınız az olmayıb, amma nə qədər qazanırsansa, o qədər də itirməlisən deyirlər. 24 illik karyeranız sizdən nələri aldı?

- Karyerama görə kiçik şeylər itirmişəm və bunları da itki hesab etmirəm. Həmişə dualarımı edib yeni qələbələr, əsas da can sağlığı arzulayıram. Ola bilər ki, çox şeyləri qurban vermişəm.

Əyləncəmə ayıracağım vaxtı idmana sərf etmişəm. Kimsə toyda rahatlıqla yeyib-içəndə, çay içib çıxmışıq. Çünki hər zaman çəkimizə diqqət etməliyik.

- İdmanın sizə çox şeylər qazandırdığınızı deyirsiniz, nümunə olaraq bəzilərindən danışmanızı istəyəcəm.

- Əsas sevgi qazandırdı. Əgər bir insanı sevirlərsə, bu, gözəldir. Şükürlər olsun ki, xalq tərəfindən sevilirəm.

- Rəfael çoxmu sevib?

- 29 yaşımda münasibətdə olduğum bir xanım var idi. Ailə qurmaq istəmişdim. Müəyyən səbəblərdən qismət olmadı, ayrıldıq. Bu ayrılıqdan sonra ailə qurmaq haqda düşünməmişəm.Amma fikirləşirəm. İnşallah qismət olarsa, ailə qurmağın vaxtıdır. Hər dəfə evdən deyillər ki, ay Rəfael evlən!

- Özünüzü ata kimi necə təsəvvür edirsiniz?

- Əziyyətlə böyümüşəm, istəyərdim övladlarım da əziyyətlə böyüsünlər. Çünki əziyyətin nə olduğunuyaxşı bilirəm. Bir tərəfdən də əziyyət çəkmələrini istəmirəm.

Atamın dəyərli bir məsləhəti vardı: "Çalış həmişə birinci ol!". Bu məsləhət mənə güc verirdi. Bəlkə də elə buna görə, fikrim ancaq idmanda olub.

Birinci olmağa çalışmaq lazımdır. Birinci olandan sonra sevgili də səni tapacaq, dost da. İstəmirəm ki, insanlar nələriməsə görə yanımda olsunlar.

- Rəfael necə dostdur?

- Dostluq etməyi yaxşı bacarıram. Heç vaxt nəyinsə dostu olmuram. Amma həyatdır da, burda hər şey gözlədiyimiz qədər olmaya da bilər.

İlk yarış...

- Heç vaxt yadımdan çıxmaz... Anam öz qır-qızılını, hətta nişan üzüyünü belə satıb mənim üçün yolpulu eləmişdi. O yarışdan sonra bayrağımızı birinci elədim və o vaxtdan yığma komandaya dəvət edildim. Bu yarış həyatımda bir başlanğıc oldu.

- Qızlar tərəfindən sevgi etirafları ilə qarşılaşırsınızmı?

- Təklif baxımından hansısa bir qız bunu mənə təklif edərsə, artıq onunla ailə qurmağı düşünmürəm. Çünki kimsə məni seçə bilməz, mən kimisə seçə bilərəm. Seçdiyim xanımda əsas tərbiyəyə üstünlük verirəm. Mənim üçün evlənəcəyim qadın əlil də ola bilər. Yetərki həmin xanımı sevim.

- Məşhurluq sıxıcı deyil ki?

- Son vaxtlar sosial şəbəkələrdəadımdan saxta profillər açıb qadınlarla danışırlar. Məndən icazə alıb, rahatlıqla istifadə edə bilərlər. Danışdıqları xanımdan adımdan pul da istəyirlər. Artıq u faktın üstündə işləyirəm. Yaxınlarda o adamı tapacam.

- Rəfael Ağayev çoxmu çətinlikçəkir?

- İnsan nə qədər tanınmırsa, öndə deyilsə, o qədər də asandır. Amma tanınırsa, əlbəttə onun üçün çətin olur. Tanınmayan, uğurları az olan idmançının məğlubiyyəti elə də acı olmur. Buna görə də indi mənə daha çətindir.

- Hər hansısa bir döyüş filmində baş rolda özünüzü təsəvvür edirsinizmi?

- Mənə klip, kiçik epizodlarda çəkilmək barədə təkliflər gəlib. Bir neçəsinə çəkilişəm. Bu fikir həmişə ağlımda olub. Əgər uyğun rola dəvət alaramsa, dəyərləndirəcəm.

- Sonda nə demək istəyərdiniz?

- Bu yerə qədər gəlib çatmağımda kimlərin əziyyəti keçibsə, hamısına minnətdaram. Xalqımınqabağındabaşəyirəm.Rəfael Məmmədova, Füzulim müəllimə, Ülvi müəllimə, Yaşar Bəşirova, baş məşqçi Rəhman Hətəmova çox sağol deyib, anamın-atamın əllərindən öpürəm.

Tarix
2016.01.30 / 09:42
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycanla yardımla bağlı saziş imzaladıq - Sibiqa

Zelenskinin danışıqlar üçün Bakı təklifi: Rusiyadan cavab...

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla