Yuxarı

Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəran stadionu “Böyük oyun”a hazır olacaq - Açıqlama

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində baş tutacaq "Xəzər Lənkəran"- "Neftçi" oyununun keçiriləcəyi Lənkəran şəhər stadionunun qar altında qalması barədə məlumat vermişdik. Mərkəzi stadion və onun ətrafı hələ də qarın altındadır. Qarın stadionun ot örtüyünə ciddi zərər vuracağı şübhəsizdi. Arenanı "Böyük oyun"a qədər hazır vəziyyətə gətirmək mümükün olacaq, yoxsa görüş təxirə salına bilər?

Bu suallara cavab almaq, Lənkəran stadionunun son durumu ilə bağlı məlumat əldə etmək üçün cənub klubunun mətbuat xuidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

"Axar.az"a açıqlama verən klub rəsmisi əsas meydançanın "Böyük oyun"a qədər hazır olacağını bildirdi:

"Bilirsiniz ki, ən çox qar Lənkəranda yağıb. Dünənə qədər meydançanı təmizləmək imkanımız yox idi. Hətta dünən də qar yağmaqda davam edirdi. Amma bu gün məşq proseslərini keçmək üçün ehtiyyat meydança tamamilə təmizlənib qurtaracaq.

Sabahdan isə əsas meydançanın təmizlənmə işlərinə start veriləcək. Əsas meydança "Böyük oyun"a qədər hazır olacaq. Oyunun təxirə salınması ilə bağlı müraciət etməyi düşünmürük. Qarşıdakı 3 gün ərzində təmizləmə işləri başa çatdırılacaq".

Tarix
2014.02.05 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla