Yuxarı

Azərbaycanlı futbolçu karyerasını başa vurdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı futbolçu karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

Axar.az xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.

32 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib.

"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - Ramazanov bildirib.

Qeyd edək ki, A.Ramazanovun sonuncu klubu "Səbail" olub.

Tarix
2024.06.19 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla