Yuxarı

6:0-dan sonra dönüş görməmişəm - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
6:0-dan sonra dönüş görməmişəm - Sadıqov

Matça hazırlaşmaq çətin idi. Birinci qarşılaşmada 0:6 hesabı ilə uduzmuşduq. Amma bugünkü görüşə maksimum köklənmişdik.

Axar.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qalib gəldikləri (1:0) UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

"İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan sonra dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qalibiyyət başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik", - R.Sadıqov bildirib.

Qeyd edək ki, səfərdə rəqəbinə 0:6 hesabı ilə uduzan "Zirə" turnirlə vidalaşmalı olub.

Tarix
2024.08.30 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov çadır toyunda - Video

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

İlham Əliyev sammitə əlavə əhəmiyyət qatdı - Koşta

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Meloni Bakıya səfərə gəldi

İrəvanda sammit: İlham Əliyev çıxış etdi - Foto

Sammit Azərbaycan-Ermənistan sülhü sayəsində mümkün oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla