Yuxarı

"Qarabağ"ın rəqibləri bilindi: Qurbanovdan ilk açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha diqqətli və ciddi olmalıyıq.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis ilk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəklərini bildirib:

"Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “böyük beşlik” təmsilçiləri, həm də tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam təhlil etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.

Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib:

“Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.

Qeyd edək ki, "Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə isə "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Budyo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.

Tarix
2024.08.30 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

Həsənovun müavini Pekində: mühüm görüşlər keçirdi

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Bu, 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk

İranın Zəngəzur açıqlamasında Səddam Hüseyn misalı...

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Onun vəfatı bizi son dərəcə kədərləndirdi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla