Yuxarı

Qurbanov “Qarabağ”ı növbəti mərhələyə keçirə biləcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov “Qarabağ”ı növbəti mərhələyə keçirə biləcək?

UEFA Avropa Liqasında 1/16 final mərhələsində iştiraka imkan verən 24-cü yerdə olan komandalarla “Qarabağ”ın xal fərqi elə də böyük deyil. Ortada cəmi 2 xal var.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində nəticələri ilə bağlı danışarkən deyib.

Abuşov bildirib ki, sözügedən komandaların 5, “Qarabağ”ın isə 3 xalı var:

“Qarşıdakı üç oyun ərzində həmin o fərqin bağlanması elə də mümkünsüz görünmür. Üstəlik “Qarabağ” səfərdə özünü daha yaxşı göstərir, daha inamlı oynayır. Doğma tribunalar qarşısında psixoloji baxımından əziyyət çəkir. Bunu nəzərə alanda şanslarımız heç də pis deyil. Çətin turnirdir, səviyyəli rəqiblərlə qarşılaşırıq və xüsusən də bəzi həlledici məqamlarda bəxtsizlik amili “Qarabağ”ın önünü kəsir. Amma nəzərə almaq lazımdır ki, komandamızda illərin təcrübəsi var. “Qarabağ” bundan da çətin tapşırıqların öhdəsindən gəlmiş kollektivdir. “Qarabağ”ın indiyənə qədər qarşılaşdığı rəqiblərdən olan "Tottenhem", “Ayaks” kimi rəqiblər Çempionlar Liqası səviyyəsində olan komandalardır. Bu cür komandalarla qarşılaşmaq həm böyük təcrübə, həm də böyük sınaqdır. Təmsilçimizi qınamaq istəmirəm”.

Ekspert qeyd edib ki, “Qarabağ”ın Azərbaycan çempionatında oynadığını nəzərə almalıyıq:

“Qarabağ” ötən oyunda göstərdi ki, əvəzedici heyətlə belə yerli çempionatdakı bütün rəqiblərindən bir baş üstündür. Yəni bu qədər səviyyə fərqi olduğu iki turnir arasında müqayisə aparanda görürük ki, “Qarabağ”ın AL-da uğursuz çıxışlarında obyektiv səbəbləri var. Ümid edirik ki, qarşıdakı oyunlarda Qurban Qurbanov bu problemlərin həlli yolunu tapacaq, kollektivin özünə inamı qayıdacaq və daha yaxşı nəticələr görəcəyik”.

Tarix
2024.12.03 / 09:08
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla