Yuxarı

Azərbaycanın futbol klublarının dəyərində sıçrayış

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın futbol klublarının dəyərində sıçrayış

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri ötən illə müqayisədə 11.4% artaraq 90.08 milyon avrodan 100.3 milyon avroya yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Artım tendensiyasına baxmayaraq, "Neftçi" klubunun heyətinin bazar dəyərində azalma qeydə alınıb. Klubun futbolçularının ümumi qiyməti 12.03 milyon avrodan 10.55 milyon avroya düşüb ki, bu da 12.3% azalma deməkdir.

Əksinə, "Şamaxı" komandası faiz nisbətində ən böyük artıma nail olub. Klubun oyunçularının ümumi dəyəri 82.6% artaraq 3.03 milyon avrodan 5.53 milyon avroya çatıb.

Azərbaycan Premyer Liqasında klubların futbolçularının bazar dəyəri və dəyişiklikləri aşağıdakı kimidir:

"Qarabağ": 22.65 milyon avro (+12%)

"Zirə": 12.40 milyon avro (+7.1%)

"Sabah": 11.95 milyon avro (+1.7%)

"Sumqayıt": 10.95 milyon avro (+2.6%)

"Neftçi": 10.55 milyon avro (-12.3%)

"Araz-Naxçıvan": 7.75 milyon avro (+40.3%)

"Turan Tovuz": 7.48 milyon avro (+33.5%)

"Kəpəz": 6.13 milyon avro (+11.9%)

"Şamaxı": 5.53 milyon avro (+82.6%)

"Səbail": 4.93 milyon avro (+17.3%)

Tarix
2024.12.29 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla