Ana səhifə İdman |
AFFA Azərbaycanda səfərdə olan türkiyəli mütəxəssis Fateh Tekkeyə federasiyada futbol direktoru vəzifəsi verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axar.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Qol.az-a açıqlamasında Fateh Tekkeyə hər hansı bir vəzifənin verilməsinin müzakirə edilmədiyini bildirib.
"Fateh Tekke AFFA-nın dəvətinə əsasən Azərbaycana gəlib. Türkiyəli mütəxəssislə futbolun müxtəlif sahələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Hazırda hansısa bir vəzifəyə təyinatdan söhbət getmir", - o vurğulayıb.
Xatırladaq ki, Türkiyə millisinin sabiq üzvü, məşqçi Fateh Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Mətin Aktaş Azərbaycanda səfərdə olublar.
Tarix
2025.01.19 / 20:34
|
Müəllif
Axar.az
|