Yuxarı

Şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.

Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış. İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.

Tarix
2025.01.19 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla