Yuxarı

Xəzərlə bağlı qorxunc proqnoz: 10-15 metr, hətta daha çox...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərlə bağlı qorxunc proqnoz: 10-15 metr, hətta daha çox...

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən regional ekoloji-iqtisadi sammitdə əsas müzakirə mövzularından biri Xəzər dənizinin sürətlə dayazlaşması olub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mediası geniş xəbərlər tirajlayıb. Rəsmi çıxışlar və ekspert rəyləri göstərir ki, problem artıq təkcə ekoloji deyil, həm də iqtisadi və geosiyasi riskə çevrilib. Sammit çərçivəsində keçirilən panel müzakirələrində bildirilib ki, Xəzərin səviyyəsi son onilliklərdə davamlı şəkildə aşağı düşür. Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, 2006–2025-ci illər arasında dənizin səviyyəsi 2 metrdən çox enib, 2025-ci ildə isə orta göstərici Baltik sistemi ilə təxminən - 29 metr civarında olub. Eyni zamanda bəzi ərazilərdə sahil xəttinin 30–35 kilometr geri çəkildiyi qeyd olunur ki, bu da vəziyyətin kritik həddə çatdığını göstərir.

Sammitdə çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Xəzərin dayazlaşmasını regionun ən ciddi problemlərindən biri adlandırıb. O bildirib ki, iqlim dəyişiklikləri bu prosesə ciddi təsir göstərir və sahilyanı dövlətlərin əməkdaşlığı vacibdir.

Müstəqil ekspertlər və ekoloqlar sammitdəki müzakirələrin real nəticə verməsinə şübhə ilə yanaşırlar. “Save the Caspian Sea” təşəbbüsünün rəhbəri Vadim Ni bildirib ki, artıq bəzi yerlərdə sahil xətti on kilometrlərlə geri çəkilib və dəniz sürətlə “yoxa çıxır”.

Ekspertlər hesab edir ki, problemin əsas səbəbləri bunlardır: iqlim dəyişiklikləri və buxarlanmanın artması, çaylardan (xüsusilə Volqa) daxil olan suyun azalması, neft-qaz hasilatı və çirklənmə, region ölkələri arasında koordinasiyanın zəifliyi. Araşdırmalar göstərir ki, Xəzərə tökülən suyun təxminən 86%-i Volqa çayının payına düşür və bu axının azalması dəniz səviyyəsinə birbaşa təsir edir.

Ekoloqların xəbərdarlığı daha qorxuncdur: əgər tendensiya davam etsə, əsrin sonuna qədər Xəzərin səviyyəsi 10–15 metr, hətta daha çox azala bilər. Bu isə həm ekosistem, həm də region iqtisadiyyatı üçün ağır nəticələr vəd edir. Mütəxəssislər artıq Xəzərin taleyinin Aral dənizi ilə müqayisə olunmasını təsadüfi saymır və xəbərdarlıq edirlər: əgər siyasi iradə və real addımlar olmazsa, dünyanın ən böyük qapalı su hövzəsi tədricən geri çəkilməyə davam edəcək.

Astanadakı sammit Xəzərlə bağlı vəziyyətin nə qədər kritik olduğunu bir daha ortaya qoysa da, ekspertlər real dəyişiklik üçün yalnız bəyanatların yetərli olmadığını vurğulayır. Region ölkələri arasında koordinasiya, xüsusilə də böyük su resurslarına nəzarət edən tərəflərin kompromisə hazır olması həlledici faktor kimi qalır.

Tarix
2026.04.24 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla