Romao "Qarabağ"la belə vidalaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"dan ayrılaraq "Ferensvaroş"a keçən Julio Romao Ağdam təmsilçisi ilə vidalaşıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında Azərbaycan xalqına və kluba təşəkkür edib:

"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"

Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Bu gün Macarıstan "Ferensvaroş"u Romaonu transfer etdiklərini açıqlayıb.

Tarix
2025.02.06 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

Paşinyan Putinə Bakı ilə sülh sazişindən danışdı

Qondarma rejimin “ordusu” onlara tabe olub - Saakyan

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla