Yuxarı

Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal

“Turan Tovuz” klubunun futbolçusu Nahid Əliyev Bakıda yerləşən otellərin birində qızla tanış olmağa çalışarkən qalmaqal yaranıb.

Axar.az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.

Xarici ölkə vətəndaşı olan zərif cinsin nümayəndəsi onun təklifini qəbul etməyib. Oğlanın ondan əl çəkmədiyini görən əcnəbi xanım otelin təhlükəsizlik xidmətinə şikayətlənib. Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

“Turan Tovuz”un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısı oğlu olan N.Əliyev həm də noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib. Belə ki, N.Əliyev əvəzedici heyətin “Səbail-2” ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib.

Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb.

Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. Baş məşqçinin tapşırığına əsasən, yarımmüdafiəçi o tarixdən bəri meydan üzünə həsrət qalıb.

Tarix
2025.02.07 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla