Yuxarı

"Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.

İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.

"Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur - 100 min avro.

Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.

"Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri:

1. Kadi Borges - 2,5 milyon avro

2. Leandro Andrade - 2 milyon avro

3. Oleksey Kaşuk - 1,8 milyon avro

4. Nəriman Axundzadə - 1,8 milyon avro

5. Mateuş Koxalski - 1,5 milyon avro

6. Yassin Benziya - 1,2 milyon avro

7. Toral Bayramov - 1,2 milyon avro

8. Emmanuel Addai - 1,2 milyon avro

9. Aleksey İsayev - 900 min avro

10. Elvin Cəfərquliyev - 900 min avro

11. Şahruddin Məhəmmədəliyev - 800 min avro

12. Fabian Buntiç - 700 min avro

13. Mateus Silva - 700 min avro

14. Marko Yankoviç - 600 min avro

15. Bəhlul Mustafazadə - 600 min avro

16. Musa Qurbanlı - 600 min avro

17. Abbas Hüseynov - 550 min avro

18. Abdullah Zubir - 500 min avro

19. Kevin Medina - 500 min avro

20. Redon Cica - 500 min avro

21. Patrik Andrade - 450 min avro

22. Marko Veşoviç - 200 min avro

23. Bədavi Hüseynov - 200 min avro

24. Amin Ramazanov - 200 min avro

25. Sadiq Məmmədzadə - 150 min avro

26. Riçard Almeyda - 100 min avro.

Qeyd edək ki, "Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur.

Tarix
2025.02.08 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla