Yuxarı

TFF-dən qalmaqallı oyunla bağlı qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
TFF-dən qalmaqallı oyunla bağlı qərar

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın 23-cü turunda keçirilən “Qalatasaray”-“Adana Demirspor” matçındakı qalmaqalla bağlı qərarını açıqlayıb.

Axar.az xəbər verir ki, bazar günü oynanılan qarşılaşmanın 12-ci dəqiqəsində baş hakim Oğuzxan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alpərlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər.

Bildirilib ki, “Adana Demirspor” klub rəhbərliyinin tələbi ilə bu addımı atıb.

Görüşdən sonra oyunun VAR hakimi Yakob Sandberq həmin mübahisəli penalti epizodunda O. Çakırı monitora dəvət etmədiyinə görə tənqid olunub.

Türkiyənin "Sabah" nəşrinin yaydığı məlumata görə, TFF VAR hakimliyi üçün Danimarkadan gətirilən Yakob Sandberqə Superliqanın matçlarına təyinat verməmək qərarına gəlib.

O, bir daha ölkənin əsas çempionatında iş başında olmayacaq.

Tarix
2025.02.12 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla