Yuxarı

Qurbanov şikayətləndi: Futbola əks olan hər şey var idi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün meydanda futbola əks olan hər şey var idi.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

"Qalib gəlmək istəyirdik, alınmadı. Daha çox təzyiq göstərməli idik, amma şərait belə idi. Süni örtüklü meydan, hava durumu, həmçinin meydançanı sulamalı olan işçilərin evə getməsinə görə topun gedişi istədiyimiz kimi olmadı. Bu gün meydanda futbola əks olan hər şey var idi. Qalib gəlmədik deyə demirəm, ümumən belə şəraitdə futbol oynamaq rahat deyil. Tempi artırmaq istəyirsən, alınmır, oyunçular vaxt uzadırdılar, qapıçı gec başlayır, yerdə yatır, bir az da hakim onlara qoşulmuşdu. Oturub gözləyirdim ki, oyun bitsin. Futboldan həzz alınacaq bir şey yox idi. Məğlub da ola bilərsən, bərabərə də qala bilərsən, amma oyunda sürət və dinamika olur. Qol epizodlarından istifadə edə bilmədik, bunlar texniki amillərdir, meydançanın da təsiri oldu", - Q.Qurbanov qeyd edib.

Tarix
2025.03.15 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla