Yuxarı

Millimizin oyunçusu: Azərbaycan xalqından üzr istəyirik!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin oyunçusu: Azərbaycan xalqından üzr istəyirik!

Toparlanaraq hər kəsə güclü Azərbaycanı göstərəcəyik.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Mert Çelik Belarus yığmasına 0:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra deyib.

25 yaşlı müdafiəçi məğlubiyyətə görə üzr istəyib:

"Çox üzgünük. Ən azından bərabərə qalmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Azərbaycan xalqından üzr istəyirik. Onları sevindirmək istəyirdik. Toparlanaraq hər kəsə güclü Azərbaycanı göstərəcəyik".

Çelik milli komandanın üzvlərinin buraxdığı səhvlər barədə danışıb: "Həm özümüz, həm də baş məşqçi Fernandu Santuş bunları analiz edəcək. O, bizə əskiklərimizi göstərəcək, biz isə bunu düzəltməyə çalışacağıq".

"Səbail" klubunun oyunçusu 5 illik fasilədən sonra yığma komandaya çağırılmasını şərh edib:

"Daima oynayaraq özümü hər zaman hazır saxlamalıyam. Uzun illər boyunca Azərbaycan milli komandasının formasını tərlətmək istəyirəm. Ölkəyə xidmət etmək istəyirəm, çünki buranı öz ölkəm kimi görürəm. Azərbaycan artıq mənim ikinci deyil, birinci Vətənimdir".

O, yayda Latviya və Macarıstanla keçiriləcək yoldaşlıq görüşləri barədə də açıqlama verib:

"Bu durumdan çıxmalıyıq. Yayda bizi iki oyun gözləyir. Həmin oyunlara qədər psixoloji olaraq özümüzü düzəltməliyik. Güman edirəm ki, həmin matçlarda daha yaxşı çıxış edərik".

Tarix
2025.03.26 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla