Yuxarı

Qurbanov planşeti sındırdı: AFFA cəza verəcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov planşeti sındırdı: AFFA cəza verəcək?

"Araz-Naxçıvan"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda texniki zonada planşeti sındıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun cəzalanmamasının səbəbi açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov açıqlama verib.

O, mütəxəssisin etdiyi hərəkətə heç bir cəzanın düşmədiyini bildirib:

"O öz planşetini sındırıb. Təpiklə sındırdığı planşetin hissələri meydana düşsəydi, kiməsə dəysəydi, cəza veriləcəkdi. Heç kimə xətər yetirmədi, oyun dayanmadı, hakim tərəfindən sarı və ya qırmızı vərəqə də verilmədi. İntizam Komitəsi AFFA nümayəndəsi və referinin yazdıqlarına əsasən qərar çıxarır. Nəyə əsasən cəza verək? Apellyasiya şikayəti versəydilər, udacaqdılar. Bəzi şeylər var ki, cəzaya düşür, bəziləri isə düşmür. Biz İntizam Məcəlləsinə əsasən qərarları açıqlayırıq".

Qeyd edək ki, "Qarabağ" "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub. Tərəflər arasında cavab görüşü aprelin 23-də reallaşacaq.

Tarix
2025.04.04 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...

Mehdiyev işi: Abbas Abbasov axtarışa verildi

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla