Yuxarı

Qardaş futbolçular eyni səbəblə oyunlardan uzaqlaşdırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş futbolçular eyni səbəblə oyunlardan uzaqlaşdırıldı

"Şamaxı”nın futbolçusu Leroy Mikels 3 həftəyədək yaşıl meydanlardan uzaq düşəcək.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a almaniyalı hücumçunun özü məlumat verib.

"Şirlər”in kapitanı Premyer Liqanın XXVIII turunda səfərdə "Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyunun 51-ci dəqiqəsində zədələnərək, Murad Vəliyevlə əvəzlənməsindən sonra MRT müayinəsi keçirib.

30 yaşlı forvardın sözlərinə görə, həkimlərin diaqnozuna əsasən ayağındakı problem onu bir neçə həftə komandadan ayrı salacaq:

"Nəticələr sümüyümün dərisində göyərmənin olduğunu göstərir. Təxminən 2-3 həftə oynamayacam”.

Xatırladaq ki, Leroyun qardaşı, "Sabah”da çıxış edən Coy-Lens Mikels də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alaraq sıradan çıxıb.

Qeyd edək ki, "Şamaxı” Premyer Liqanın XXIX turunda "Neftçi”ni qəbul edəcək. Aprelin 7-də Şamaxı şəhər stadionunda baş tutacaq görüş sabah saat 15:30-da start götürəcək.

Tarix
2025.04.06 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla