Yuxarı

Roman Qrojan: "Bakı trası başqa traslara bənzəmir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roman Qrojan: "Bakı trası başqa traslara bənzəmir"

Fransalı pilot Roman Qrojan jurnalistlərə müsahibəsində iyunun 17-dən 19-dək Azərbaycanın paytaxtında keçiriləcək Formula-1 Avropa Qran-prisinə hazırlaşmasından danışıb.

Axar.az AzərTac-a istinadən həmin müsahibəni təqdim edir:

-Əvvəllər heç vaxt olmadığınız trasda yürüşə necə hazırlaşırsınız?

-Biz simulyatorda işləyirik. Başqa heç nə edə bilmərik.

-Simulyator real maşında hiss etdiklərinizə nə dərəcədə oxşayır?

-Simulyatorları daim təkmilləşdirsələr də, hər halda yürüş maşını deyil.

-Simulyatordan yalnız trasın konfiqurasiyasını və tormoz nöqtələrini öyrənmək üçün istifadə olunur, yoxsa daha çox şey öyrənmək olar?

-Çox şey öyrənmək olar. Siz simulyatorda xeyli iş görə bilərsiniz, bu da çox yaxşıdır. Amma trasdakı maşını heç nə əvəzləyə bilməz. Simulyatorda hansı istiqamətdə hərəkət edəcəyini başa düşmək üçün müxtəlif variantları sınamaq imkanı var, burada yenilikləri maşına tətbiq etməmişdən qabaq sınaqdan keçirmək olar.

-"Haas F1" ötənilki Qran-prilərdən sonra barəsində məlumat olmayan yeni komandadır, amma Bakıda heç kəsdə belə məlumat yoxdur, yəni bu dəfə şərtlər daha bərabərdir...

-Bir tərəfdən bəli, digər tərəfdən yox. Komandanın təcrübəsi çox olduqca o, yeni traslara daha çevik hazırlaşa bilir. Eyni zamanda Bakıdan nə gözləyəcəyini heç kəs bilmir. Bu da bizə əl verir.

-Bakı trası Formula-1-də ən sürətli şəhər trası olmalıdır. Özü də şəhərin tarixi hissəsindən keçir. Onu nə ilə müqayisə etmək olar?

-Əlbəttə, bu tras adət etdiyimiz traslardan fərqlənir. Baxaq görək, bütün bunlar reallıqda necə görünəcək.

-Bu trası yalnız simulyatorda görməyinizə baxmayaraq, sizin bu trasda əyani görməyi çox istədiyiniz sevimli yeriniz və ya məntəqəniz varmı?

-Düşünürəm ki, bu, şəhərin qala yaxınlığındakı qədim hissəsidir.

-Bakı trasını təsvir edin...

-Orada çox uzun düz yollar və çoxlu 90 dərəcəli asta döngələr var. Qala tərəfdə çox ciddi yoxuş, sonra sonuncu döngəyə doğru eniş var. Bu da çox maraqlıdır.

Tarix
2016.06.14 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla