Yuxarı

Soçi olimpiadası başa çatdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçi olimpiadası başa çatdı

Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.

25 min könüllünün qatıldığı olimpiadada 2 800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıb.

Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb - 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sırada qərarlaşıb.
Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb.

Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

Olimpiadada ən çox idmançı ilə ABŞ (230 nəfər) təmsil olunub. Ev sahibi Rusiya isə 225 idmançı ilə yarışıb.
Yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur. Ümumilikdə 88 ölkənin qatıldığı yarışları 3 milyarddan artıq tamaşaçı seyr edib.

XXII Qış Olimpiya Oyunlarında bir neçə göstərici üzrə rekord da müəyyənləşib. Soçidə 88 ölkədən idmançılar çıxış edib ki, bu da 4 il bundan əvvəl Vankuverdə keçirilmiş Oyunlardan 6 ölkə çoxdur. Ümumilikdə 98 medal dəsti uğrunda mübarizə gedib ki, bu da 2010-cu ildəkindən 12 dəst çoxdur.

Qeyd edək ki, Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. Paralimpiya Oyunlarında 72 dəst medal öz sahibini tapacaq. (Trend)

Tarix
2014.02.23 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Türkiyəli general Azərbaycana gəldi

Əliyevə söz vermişdim ki, AB-dən kənara... - Babiş

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla