Yuxarı

"Qarabağ" Çempionlar Liqasına bu ölkədə hazırlaşacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" Çempionlar Liqasına bu ölkədə hazırlaşacaq

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təmsilçimiz Çempionlar Liqası hazırlığı üçün Bakıda başlayacaq məşqlərə iyunun 18-də start verəcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Ağdam təmsilçisi iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

Tarix
2025.06.08 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla