Yuxarı

"Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video

16:15

Keçmiş "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdı ölü tapılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, klub prezidentinin ötən gün Türkiyənin İstanbul şəhərində meyiti aşkarlanıb.

Yaxınları faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün Xanbaba Daşdı özünə aid sosial şəbəkə hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.

***

Türkiyənin İstanbul şəhərində meyiti tapılan “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının ölümünün təfərrüatı məlum olub.

Teleqraf xəbər verir ki, o, Azərbaycanda işləri alınmayandan sonra Türkiyəyə gedib.

Son 3 ildə bu ölkədə yaşayıb və futbol meneceri kimi fəaliyyət göstərib. Lakin burada da çətinliklərlə üzləşib.

Digər məlumata görə, onun Azərbaycanda müxtəlif şəxslərə külli miqdarda borcu var. O, həm ayrı-ayrı şəxslərə, həm də şirkətlərə borclu olub. X.Daşdının Vətənə gələ bilməməyinin səbəbi də bu borclardır.

Qardaşı Təbriz Daşdı açıqlamasında deyib ki, Xanbabanın intiharı onlar üçün gözlənilməz olub:

“Xəbəri bu gün səhər eşitdik. Onun belə bir hərəkət edəcəyinə inanmazdıq”.

Xanbaba Daşdının Türkiyədə işlərinin necə getməyinə gəlincə, qardaşı bu barədə geniş məlumatı olmadığını söyləyib:

“Zəng edib anamla danışırdı. Ailəmizin başqa üzvləri ilə elə də ünsiyyət saxlamırdı. Ona görə də işləri barədə geniş bilgim yoxdur”.

Təbriz Daşdı bildirib ki, qardaşının meyitini Azərbaycana gətirmək istəyirlər, amma buna maddi imkanları yoxdur: “Bununla bağlı müvafiq dövlət qurumlarından yardım istəyirik”.

Qeyd edək ki, Xanbabanın ailəsi Qubanın Bağbanlı kəndində yaşayır. Atası vəfat edib, anası sağdır. Üç qardaşı və bir bacısı var. 1995-ci il təvəllüdlü Xanbaba həm də ikinci qrup əlil idi, ailə qurmamışdı.

Tarix
2025.06.27 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla