Yuxarı

Penalti təyin etməyən hakim həbs olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hüquq-mühafizə orqanları 8 iyulda futbol hakimi Boqdan Qolovkonu saxlayıblar.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə RBC məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, istintaq hakimi Moskva komandasının qapısına penalti təyin etməməklə “Torpedo” – “Kamaz” matçının nəticəsinə qəsdən və qanunsuz olaraq təsir etməkdə şübhəli bilir. Oyun 2025-ci il mayın 24-də baş tutub. Bu, Birinci Liqanın 34-cü turunun final oyunu olub. Matç Rusiya Premyer Liqasında oynamaq hüququ qazanacaq klubların müəyyənləşdirilməsi üçün prinsipial əhəmiyyət kəsb edirdi. Heç-heçə və ya qalibiyyət halında “Torpedo” keçid oyunlarından yan keçərək birbaşa elitaya yüksələcəkdi.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bu qarşılaşma zamanı hakim Qolovko “Torpedo”nun qapısına penalti təyin etməkdən imtina edərək iki mübahisəli qərar qəbul edib.

Artıq hər iki insident Rusiya Futbol İttifaqının prezidenti yanında ekspert komissiyası tərəfindən təhlil edilib. Bir penaltinin haqlı olaraq verilmədiyi qənaətinə gəlinib. Lakin ikinci penalti zamanı səhvə yol verib.

İndi, RBC mənbələrinin qeyd etdiyi kimi, hüquq-mühafizə orqanları bu epizodla maraqlanmağa başlayıb. Onlar hesab edirlər ki, hakim qəsdən penalti təyin etməyib.

Cinayət Məcəlləsinin rəsmi idman yarışının nəticələrinə qanunsuz təsir maddəsinə əsasən, hakimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tarix
2025.07.09 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla