Yuxarı

Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı avrokuboklarda təmsil edəcək həndbol klubları müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasından məlumat verilib.

Nüfuzlu yarışda iki kişi və iki qadın komandamız mübarizə aparacaq.

Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi "Kür" və gümüş mükafatçı "Bakı" qitə yarışına qatılacaq. Avropa Kuboku turnirində ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaqlar.

Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komanda ilə iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər.

İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

Qadın həndbolçuların Avropa Kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu "Azəryol" və 3-cü yerin sahibi "Kür" təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcəklər. Burada 50 komanda mübarizə aparacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirə 3-cü mərhələdən qoşulacaq.

İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Tarix
2025.07.10 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla