Yuxarı

Dambrauskas "Sabah"ın məğlubiyyətini bu cür şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Sabah"ın məğlubiyyətini bu cür şərh etdi

Qələbə münasibətilə rəqibi təbrik edirəm. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür düşür.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandasına 2:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yeni mövsümün ilk rəsmi oyununda məğlubiyyət yaşamaqlarının məyusedici olduğunu bildirib: "Lakin bugünkü səhvlərdən dərs çıxaracağıq. Rəqibimiz də yaxşı komandadır. Lakin onlar haqqında kifayət qədər məlumatımız yox idi. Hazırlıq dövründə bir yoxlama oyunu keçirmişdilər".

Baş məşqçi hər iki tərəfin meydanda əlindən gələni etdiyini söyləyib: "Rəqibin cərimə meydançası önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Lakin son ötürmələr dəqiq olmurdu. Bəzən də tələskən qərarlar verirdik. İkinci hissədə həm "Sabah", həm də "Selye" hücumlar edirdi. Heç nə bitməyib. Futbolçularıma çox güvənirəm. Sizə söz verirəm ki, Sloveniyada əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Sloveniyada təşkil olunacaq.

Tarix
2025.07.11 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla