
Polis bu qadını axtarır - Foto
16:15
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Son Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyada keçirilən təlim-məşq toplanışında daha bir rəqibi ilə üz-üzə gələcək.
Axar.az xəbər verir ki, "köhlən atlar" Niderland təmsilçisi "Tvente" ilə eyni gündə iki görüşə çıxacaq.
Qarşılaşmalardan biri Bakı vaxtı ilə saat 17:00-da, digəri isə 19:15-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" daha öncə "Metalist" klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qarabağ" Avstriyadakı təlim məşq toplanışının sonuncu yoldaşlıq matçında "Zalsburq" klubu ilə üz-üzə gələcək. Həmin oyun isə iyul ayının 15-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Komandamızın təlim-məşq toplanışı isə iyul ayının 16-da başa çatacaq.
Tarix
2025.07.11 / 09:22
|
Müəllif
Axar.az
|