
S-400 məsələsi həll olunsa, Türkiyəyə F-35 tədarükü... - Barak
16:07
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Hindistanlı tennisçi Radxika Yadav atası tərəfindən güllələnib.
Axar.az xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Səhər yeməyi zamanı ata və qızı arasında mübahisə tennisçinin güllələnməsi ilə nəticələnib. Dipak Yadav qızına beş dəfə atəş açıb. Güllələrdən üçü idmançıya dəyib və ona ölümcül xəsarətlər yetirib. 25 yaşlı tennisçi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
49 yaşlı ata sorğu-sual zamanı bildirib ki, insanların onun məhz qızının qazancı və şöhrəti hesabına yaşadığı barədə danışması belə bir addıma səbəb olub.
Qeyd edək ki, Radxika Yadavın Beynəlxalq Tennis Federasiyasının (ITF) reytinqində ən yaxşı mövqeyi 2024-cü ilin noyabrında 113-cü yer olub.
Tarix
2025.07.11 / 12:10
|
Müəllif
Axar.az
|