Yuxarı

Krımın birləşmə qərarı Rusiya birjalarını çökdürdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımın birləşmə qərarı Rusiya birjalarını çökdürdü

Ukraynadakı hadisələr Rusiyanın təkcə beynəlxalq imicinə yox, həm də birbaşa maliyyə bazarına zərbə vurdu.

Təkcə martın 3-də Rusiya ilə Ukrayna arasındakı münasibətin hərbi rejimə keçməsi hər iki ölkənin maliyyə bazarını iflic etdi.

Rusiyanın ən önəmli biznesmenləri hər gün birjalarda itkilərlə üzləşirlər. "Blumberq" şirkəti rus qoşunlarının Krıma daxil olduğu gün rus və ukraynalı milyarderlərin 13 milyard dollar itirdiklərini bildirib. Onların arasında "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov da var. Onun bir gecədə itkisi təxminən 1 milyard dollar olub.

"Fitç" beynəlxalq maliyyə agentliyi Ukraynadakı böhranın Rusiya iqtisadiyyatı üçün ciddi risqlər yaratdığını bildirib. Artıq bu böhran rublun öz qüvvəsini itirməsinə və risqin artan xətlə davam etməsinə gətirib çıxarır.

Agentlik böhranın ciddi şəkildə davam etməsinə baxmayaraq, Rusiyanın hələ ki, kredit profilini güclü şəkildə qoruduğunu da qeyd edib. Amma agentlik bunun uzun müddət davam etməyəcəyini bildirib.

Rusiyanın bu vəziyyəti beynəlxalq şirkətlərə də təsirsiz ötüşməyib. BP neft şirkəti təkcə bir gündə 1 milyard dollar itirib.

Rus maliyyə bazarı üçün ən faciəli gün isə martın 6-sı olub. Krım parlamentinin Rusiyaya birləşdirilməsi qərarını verməsindən sonra rus birjalarında qiymətlər 3 faiz azalıb. Bu rəqəm Rusiya maliyyə bazarı üçün əsl faciə deməkdir.

Digər tərəfdən isə ABŞ və Avropa Birliyi Kremli Ukraynadan çəkilməyəcəyi təqdirdə iqtisadi sanksiyalar tətbiq etməklə hədələyirlər. Artıq sanksiyaların bəzilərinin tətbiqinə start verilib. Bunun Rusiya üçün heç də yaxşı nəticələr verməyəcəyi şübhə doğurmur.

Dünən isə Rusiya rəhbərliyi qoşunlarının Krımda yaya qədər qalacaqlarını bəyan edib.

Tarix
2014.03.07 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla